"Kəpəz" son Azərbaycan çempionu "Sabah"a səfərdə qalib gəlib

Futbol
  • 08 may, 2026
  • 21:25
Kəpəz son Azərbaycan çempionu Sabaha səfərdə qalib gəlib

Misli Premyer Liqasının XXXI turunda "Kəpəz" səfərdə son Azərbaycan çempionu "Sabah"a qalib gəlib.

"Report" xəbər verir ki, "Bank Respublika Arena"da baş tutan matç gəncəlilərin 1:0 hesablı qələbəsi ilə bitib.

46-cı dəqiqədə Rəham Hacıyev fərqlənib.

"Kəpəz" bu qələbə sayəsində xallarının sayını 27-yə çatdıraraq 10-cu pillədə möhkəmlənib. "Sabah" 75 xalla liderdir.

Qeyd edək ki, turun açılış matçında "İmişli" və "Zirə" qolsuz bərabərə qalıb. Premyer Liqada tura mayın 10-da yekun vurulacaq.