"Kəpəz" son 13 ilin rekordunu müəyyənləşdirib

Futbol
  • 11 fevral, 2026
  • 10:35
Kəpəz son 13 ilin rekordunu müəyyənləşdirib

"Kəpəz" klubu Azərbaycan çempionatında son 13 ilin rekorduna imza atıb.

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Gəncə təmsilçisinin heç-heçəsiz oyunlar seriyası qırılıb.

"Sarı-göylər" son olaraq Misli Premyer Liqasının XIX turunda "İmişli" ilə bərabərə qalıb - 0:0.

"Kəpəz" ötən çempionatın sonunda da 3 matçda bərabərə qalmamışdı.

Qərb təmsilçisinin son heç-heçəsi 2025-ci il mayın 4-də "Neftçi" ilə görüşdə qeydə alınmışdı – 2:2. Sonrakı 21 matçda 5 qələbə və 16 məğlubiyyət qeydə alınıb.

281 gündən sonra qırılan bu seriya son 13 ilin rekordudur. Daha uzun heç-heçəsiz seriya sonuncu dəfə 2012-2013-cü illərə təsadüf edib. Həmin vaxt "Rəvan" 25 görüşdə "sülh"süz oynayıb.

Qeyd edək ki, çempionatın mütləq rekordu 1996-1998-ci illər aralığında 51 oyunu heç-heçəsiz bitən "Şəfa"ya məxsusdur.

Son xəbərlər

Bütün Xəbər Lenti