"Kəpəz"in futbolçusu Azərbaycan çempionatında 100-cü oyununu keçirib
Futbol
- 10 dekabr, 2025
- 10:21
"Kəpəz"in futbolçusu Rauf Hüseynli Azərbaycan çempionatlarının yüksək dəstəsində 100-cü oyununu keçirib.
"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı müdafiəçinin yubileyi Misli Premyer Liqasının XIV turunun "Araz-Naxçıvan"la görüşünə (0:2) təsadüf edib.
Rauf səfər matçına start heyətində çıxıb. O, Premyer Liqada keçirdiyi 100 qarşılaşmada 6 qola imza atıb.
Müdafiəçi 5 klubun heyətində çıxış edib. Hüseynli "Kəpəz"də 33 (3 qol), "Şamaxı"da 31 (1 qol), "Qəbələ"də 30 (1 qol), "Zirə"də 5, "Qarabağ"da 1 (1 qol) oyun keçirib.
Qeyd edək ki, Premyer Liqada debütü 2019/2020 mövsümünə təsadüf edən Hüseynli çempionatda 100 və daha çox oyun keçirən 449-cu futbolçudur.
Son xəbərlər
10:45
Şahdağa 5 sm qar yağıb
Ekologiya10:36
Foto
Azərbaycanın 3 boksçusu dünya çempionatında yarımfinala yüksəlib
Fərdi10:30
Foto
TÜRKPA Macarıstan parlamenti ilə bütün sahələrdə əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır
Xarici siyasət10:29
Azərbaycan və Özbəkistan Təhlükəsizlik şuraları katiblərinin görüşü keçirilib
Daxili siyasət10:16
"Qarabağ" klubu dünya reytinqində üç pillə geriləyib
Futbol10:15
Azərbaycan və ABŞ data mərkəzləri sahəsində birgə investisiya imkanlarını müzakirə edib
İKT10:13
UEFA Konfrans Liqasının Liqa mərhələsində V turun oyunları keçiriləcək
Futbol10:07
İstanbulda ikimərtəbəli binada yanğın olub, 3 uşaq ölüb
Region10:06