Kamran Ağayev 2 ildən sonra rəsmi oyuna çıxır
Futbol
- 01 fevral, 2021
- 08:57
Azərbaycan millisinin sabiq oyunçusu Kamran Ağayev uzun fasilədən sonra rəsmi matça çıxacaq.
"Report"un məlumatına görə, hazırda "Səbail"in formasını geyinən 35 yaşlı qapıçı bu gün ölkə kubokunun 1/4 final mərhələsinin ilk görüşündə "Sumqayıt"a qarşı oynayacaq.
Komandanın baş məşqçisi Aftandil Hacıyev təcrübəli qolkiperə start heyətində yer verəcək. "Kapital Bank Arena"dakı qarşılaşma saat 16:00-da start başlayacaq.
Qeyd edək ki, Kamran Ağayev "Səbail"ə 2020-ci ilin avqustunda keçib. Onun klubla sözləşməsi mövsümün sonunda başa çatacaq. Ağayev son rəsmi oyununu 2019-cu ilin martında "Keşlə"nin heyətində "Neftçi"yə qarşı keçirib. O, görüşün 30-cu dəqiqəsində zədələnərək meydanı tərk edib və uzun müddət futbolsuz qalıb.
Son xəbərlər
21:11
Azərbaycan ilə Meksika əməkdaşlığı möhkəmləndirmək istəyir
Xarici siyasət21:00
İran növbəti həftə ABŞ ilə danışıqlar aparılacağı barədə xəbərləri təkzib edib - YENİLƏNİB
Digər ölkələr20:58
Vuçiç parlament seçkiləri təyin edildikdən sonra istefa vermək niyyətində olduğunu açıqlayıb
Digər ölkələr20:51
Biləsuvarda 45 yaşlı kişi su kollektoruna düşərək ölüb
Hadisə20:45
Rusiya Kramatorska 7 aviabomba atıb, 4 nəfər ölüb
Digər ölkələr20:35
Hacı Kərimov Avropa çempionatının finalına çıxıb
Fərdi20:35
Foto
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib
Xarici siyasət20:26
"Middle East Eye": Türkiyə S-400 sistemlərini BƏƏ-yə satmağı planlaşdırır
Digər ölkələr20:11