Joze Mourinyo istefaya göndərilə bilər
Futbol
- 19 mart, 2021
- 17:51
İngiltərə Premyer Liqasında çıxış edən "Tottenhem"in baş məşqçisi Joze Mourinyo cari mövsümün sonunda istefaya göndərilə bilər.
"Report" "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, London təmsilçisi çempionatı ilk "4-lük"də bitirməsə, portuqaliyalı mütəxəssislə yollar ayrılacaq.
Bildirilib ki, klubun Avropa Liqasında mübarizəni dayandırmasından sonra 58 yaşlı baş məşqçi böyük təzyiq var. Bu səbəbdən turnir cədvəlindəki yekun nəticə onun "Tottenhem"dəki gələcəyi baxımından həlledici olacaq.
İddiaya görə, Mourinyo qovulsa, komanda hazırda Almaniya "Leyptsiq"inə başçılıq edən Yulian Nagelsmana həvalə olunacaq.
Qeyd edək ki, "Tottenhem" 28 turdan sonra 45 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.
Son xəbərlər
09:38
Azərbaycanın qadın futbolçulardan ibarət yığması seçmə mərhələdə son oyununa çıxacaq
Futbol09:33
Azərbaycan neftinin qiyməti 100 dolları ötüb
Energetika09:22
Azərbaycanın U-21 millisi Türkiyədəki toplanışda ikinci oyununu keçirəcək
Futbol09:21
Yevlaxda 91 yaşlı qadın yanaraq ölüb
Hadisə09:17
Sumqayıtda avtomobilin vuraraq öldürdüyü piyadanın kimliyi məlum olub
Hadisə09:04
Azərbaycan millisi bu gün San Marino ilə qarşılaşacaq
Futbol09:02
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (09.06.2026)
Maliyyə09:01
"Troni İnvestisiya Şirkəti" maliyyə vəziyyətini açıqlayıb
Maliyyə09:01