İtaliya klubu qapıçısını stadionda qoyub gedib
Futbol
- 26 yanvar, 2026
- 12:43
İtaliyanın "Kremoneze" klubu A Seriyasının digər təmsilçisi "Sassuolo" ilə səfər oyunundan (0:1) sonra qapıçı Emil Auderonu stadionda qoyub gedib.
"Report" "Sky Sports"a istinadən xəbər verir ki, təcrübəli qolkiper matçdan sonra müsahibə verdiyi və həmkarları ilə söhbət etdiyi üçün yubanıb.
Bu müddət ərzində komandanı daşıyan nəqliyyat vasitəsi arenanı tərk edib. Hadisədən sonra klub rəhbərliyi 29 yaşlı oyunçu üçün xüsusi avtomobil sifariş verib. E.Audero həmin maşınla Kremonaya yollanaraq kollektivə qoşulub.
Qeyd edək ki, Emil Audero cari mövsümdə "Kremoneze"nin heyətində müxtəlif turnirlərdə 19 matça çıxıb və qapısında 22 qol görüb.
Son xəbərlər
12:36
Foto
Azərbaycan IMF ilə dövlət müəssisələrində stress-testlərin tətbiqini müzakirə edib
Maliyyə12:29
Zelenski Ermənistan və Azərbaycan arasında dayanıqlı sülhə ümid edir
Digər ölkələr12:27
Gündüz İsmayılov: Naxçıvanda qılınan vəhdət namazı müsəlmanlar arasında birliyin nümunəsidir
Din12:24
İlham Əliyev Avropa Parlamentini tənqid edib
Xarici siyasət12:24
İlham Əliyev: Azərbaycan "Avropa Siyasi Birliyi"nin sammitinin Ermənistanda keçirilməsini dəstəkləyib
Region12:23
İlham Əliyev: Azərbaycan Ermənistana 12 min ton neft məhsulları göndərib
Xarici siyasət12:21
İlham Əliyev: Azərbaycan və Ermənistan arasında sülh reallıqdır
Xarici siyasət12:20
Aİ: Türkiyənin Ermənistanda ASB sammitində iştirakı xüsusi əhəmiyyət daşıyır
Region12:19