İstanbul klubu "Real"ın müdafiəçisi üçün təklif göndərəcək
Futbol
- 13 dekabr, 2025
- 12:00
Türkiyənin "Qalatasaray" klubu futbolçu Antonio Rüdiger üçün İspaniya təmsilçisi "Real"a rəsmi təklif göndərməyi planlaşdırır.
"Report" xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
"Sarı-qırmızılar" mərkəz müdafiəçisini qış transfer dönəmində heyətinə qatmaq niyyətindədir. İstanbul komandası 32 yaşlı oyunçunu almaq üçün fəal şəkildə çalışır. Baş məşqçi Okan Buruk Rüdigeri şəxsən istəyib. Alman futbolçunun da təkliflərə açıq olduğu bildirilir.
Hazırkı Türkiyə çempionu əvvəlcə müdafiəçi ilə danışıqlar aparmağı və daha sonra Madrid klubuna təklif təqdim etməyi planlaşdırır.
Qeyd edək ki, Antonio Rüdigerin "Kral klubu" ilə müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatır.
Son xəbərlər
14:47
Nazirlik işçisi: Minatəmizləmə əməliyyatı yüksək dəqiqliklə həyata keçirilir
Qarabağ14:40
ABB-nin dəstəyi ilə keçirilmiş "EY İlin İş Adamı Müsabiqəsi"nin qalibi seçildi!
Maliyyə14:39
Təbrizin "Traktor" komandasının yeni baş məşqçisi açıqlanıb
Futbol14:38
Foto
Video
Bakının mərkəzində binadakı yanğın söndürülüb- YENİLƏNİB-5
Hadisə14:34
"Zirə" futbolçusunu Rusiya klubuna icarəyə verib
Futbol14:34
Foto
Növbəti köç karvanı Ağdam şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - YENİLƏNİB-2
Daxili siyasət14:33
Sitalçayda başına dəmir parçası düşən kişi ölüb
Hadisə14:32
Şahin Şıxlınskiyə martda hökm oxunacaq - YENİLƏNİB
Region14:29
Foto