İstanbul derbisində "Qalatasaray"ın futbolçusunun üzünə alışqan atan azarkeş saxlanılıb

Futbol
  • 02 dekabr, 2025
  • 12:33
İstanbul derbisində Qalatasarayın futbolçusunun üzünə alışqan atan azarkeş saxlanılıb

Türkiyə Superliqasının XIV turunda "Fənərbağça" ilə oyunda "Qalatasaray"ın futbolçusu Kazımcan Karataşın üzünə alışqan atan azarkeş saxlanılıb.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, fanat İstanbul derbisindən sonra müəyyən olunub.

Həmin şəxsin bir il ərzində idman yarışlarına girişi qadağan edilib.

Qeyd edək ki, matç 1:1 hesabı ilə başa çatıb.

Son xəbərlər

Bütün Xəbər Lenti