İspaniya millisinin futbolçusu "Qarabağ"la matçda oynamayacaq
Futbol
- 08 dekabr, 2020
- 05:28
İspaniyanın "Vilyarreal" klubunun futbolçusu Pako Alkaserin Avropa Liqasının qrup mərhələsinin sonuncu - altıncı turunda "Qarabağ"la matçı buraxacağı dəqiqləşib.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, La Liqanın XII turunda "Elçe" ilə qolsuz heç-heçə etdikləri matçda zədələnən 27 yaşlı hücumçunun bud əzələsində yırtıq aşkarlanıb.
İspaniya yığmasının da şərəfini qoruyan forvardın 2021-ci ildə sıraya dönəyəcəyi gözlənilir.
Qeyd edək ki, dekabrın 10-da keçiriləcək "Vilyarreal" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Daha əvvəl digər hücumçu Karlos Bakka ilə yanaşı, yarımmüdafiəçi Moi Qomesin də zədə səbəbindən Ağdam təmsilçisi ilə görüşü buraxacağı açıqlanıb.
Son xəbərlər
08:57
KİV: Avropanın ABŞ-yə etibarı sarsılıb
Digər ölkələr08:45
Vanuatu sahillərində 6,5 maqnitudada zəlzələ olub
Digər ölkələr08:28
Starmer: Avropa müdafiə baxımından ABŞ-dən ifrat asılılıqdan uzaqlaşmalıdır
Digər ölkələr08:12
Foto
Azərbaycan Mərakeşdə Ana Dili Günü tədbirində iştirak edib
Xarici siyasət07:48
Kubada neft emalı zavodunda yanğın baş verib
Digər ölkələr07:20
Uiteker: ABŞ-nin Avropaya göndərdiyi F-35-lərinin sayı tezliklə 600-ə çatacaq
Digər ölkələr07:01
Aeroport şosesində nəqliyyatın hərəkətinə məhdudiyyət aradan qaldırılıb - YENİLƏNİB
İnfrastruktur06:50
ABŞ Karib dənizində narkotik ticarəti ilə məşğul olan gəmiyə zərbə endirib
Digər ölkələr06:08