İslamiada: Azərbaycanın futzal millisinin rəqibləri bəlli olub
Futbol
- 24 oktyabr, 2025
- 11:38
Azərbaycanın futzal millisinin Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək VI İslam Həmrəyliyi Oyunlarındakı rəqibləri bəlli olub.
"Report"un məlumatına görə, Azərbaycan millisi A qrupunda Səudiyyə Ərəbistanı, Özbəkistan və Liviya ilə mübarizə aparacaq.
B qrupunda isə Mərakeş, Əfqanıstan, Tacikistan və İran yer alıb.
Qrup mərhələsinin oyunları noyabrın 4-də, 6-da və 8-də baş tutacaq. İlk iki pilləni tutan millilər yarımfinala vəsiqə qazanacaq. Bu mərhələnin görüşləri noyabrın 9-da baş tutacaq.
Qızıl, gümüş və bürünc medalçıların adları isə 2 gün sonra – noyabrın 11-də keçiriləcək oyunlardan sonra müəyyənləşəcək.
Son xəbərlər
06:33
Ağ Ev: Real dünya güc və qüdrətlə idarə olunur
Digər ölkələr06:02
Misir və Nigeriya yığması Afrika Millətlər Kubokunda 1/4 finala yüksəlib
Futbol05:45
Yaponiyada 6,2 bal gücündə zəlzələ baş verib
Digər ölkələr05:23
Britaniya Maduronun ələ keçirilməsindən sonra müxalifət lideri Maçado ilə əlaqə yaradıb
Digər ölkələr04:49
Zelenski Ukrayna Təhlükəsizlik Xidmətində kadr islahatları aparıb
Digər ölkələr04:21
ABŞ-də uranın zənginləşdirilməsi üçün şirkətlərə 2,7 milyard dollar ayırılıb
Digər ölkələr04:06
Hakan Fidan: Qəzzada sığınacaq imkanları yaradılmalıdır
Region03:35
Sibiqa: Moskva sülh səylərini rədd edir
Digər ölkələr03:06