"İnter" Markus Türama görə 50 milyon avro tələb edir

Futbol
  • 08 aprel, 2026
  • 20:55
İnter Markus Türama görə 50 milyon avro tələb edir

İtaliyanın "İnter" klubunun hücumçusu Markus Türam yay "transfer pəncərəsi"ndə komandanı tərk edə bilər.

"Report" xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

Milan təmsilçisi fransalı futbolçunun satışı variantını nəzərdən keçirir. Klub 27 yaşlı hücumçunun transferi üçün ən azı 50 milyon avro tələb edir. Gələn təkliflər qənaətbəxş olmasa, oyunçu növbəti mövsümdə də "İnter"də çıxış edəcək.

Qeyd edək ki, Markus Türam 2023-cü ildə Almaniyanın "Borussiya" (Mönhenqladbax) klubundan "İnter"ə azad agent kimi keçib. Onun müqaviləsinin müddəti 2028-ci ilədək nəzərdə tutulub.

Hücumçu bu mövsüm İtaliya klubunun heyətində bütün turnirlərdə 37 oyuna çıxıb, 13 qol vurub və 7 məhsuldar ötürmə edib.