"İnter"in hücumçusu Lautaro Martines yaşıl meydanlara qayıtmağa yaxındır
Futbol
- 23 aprel, 2026
- 16:41
İtaliyanın "İnter" klubunun hücumçusu Lautaro Martines zədədən sonra yaşıl meydanlara qayıtmağa yaxındır.
"Report" "Gazzetta dello Sport" nəşrinə istinadən xəbər verir ki, argentinalı forvard aprelin əvvəlində baldır nahiyəsindən aldığı zədəni demək olar ki, tam sağaldıb və məşqlərə başlamağa hazırdır.
28 yaşlı futbolçunun mayın 3-də "Parma"ya qarşı keçiriləcək A Seriyası matçında iştirak etməsi gözlənilir.
Bununla yanaşı, hücumçu qarşıdakı vacib oyunlar ərəfəsində risk etmək istəmir. O, mayın ortalarında baş tutacaq İtaliya Kuboku finalı və 2026-cı il dünya çempionatının matçlarından əvvəl zədəsinin yenilənməsindən ehtiyat edir.
Qeyd edək ki, Lautaro Martines cari mövsümdə 36 oyunda 20 qol vurub, 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Son xəbərlər
05:49
Tramp Vaşinqtondakı qəbulda atəş açan şəxsin onu hədəf aldığından əmin deyil
Digər ölkələr05:20
Yaponiya əhalisinin təxminən yarısı hərbçilərin Hörmüz boğazına göndərilməsini dəstəkləyir
Digər ölkələr04:59
WP atışma baş verən qəbulda təhlükəsizliklə bağlı çatışmazlıqları açıqlayıb
Digər ölkələr04:26
Hesabat: 2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib
Digər ölkələr03:55
Çadda lokal qarşıdurmada 40-dan çox şəxs həlak olub
Digər ölkələr03:11
Mali müdafiə nazirinin ölümünü rəsmən təsdiqləyib
Digər ölkələr02:35
Əraqçi: Qonşularımız bizim prioritetimizdir
Region02:06
Naxçıvanda avtomobilin aşması nəticəsində bir nəfər ölüb, üç nəfər xəsarət alıb
Hadisə01:37
Foto