İngiltərədə çıxış etmiş futbolçu atışma zamanı yaralandı
Futbol
- 05 sentyabr, 2020
- 21:12
İngiltərə Premyer Liqasında çıxış etmiş futbolçusu Cermeyn Conson Yamaykada güllə yarası alıb.
"Report" “Daily Mail”ə istinadən xəbər verir ki, 40 yaşlı keçmiş hücumçu Kinqston küçələrində baş vermiş atışma zamanı qarnından yaralanıb.
Naməlum şəxslərin avtomobildən açdıqları atəş nəticəsində Consonla yanaşı, daha bir neçə nəfər yaralanıb. Sabiq futbolçu xəstəxanaya çatdırılıb.
Consonun hadisə zamanı olduğu ərazi Kinqstonda cinayətkarlığın yüksək səviyyəsi ilə seçilir. Qeyd edilir ki, hücum ölkədə parlament seçkilərində səsvermədən sonra olub.
Qeyd edək ki, "Bolton Uonderers" komandasında çıxış etmiş Cermeyn Consonun aktivində 12 matç var. O, milli komandanın heyətində 73 oyun keçirib. Conson həmçinin digər komandalarda da çıxış edib.
Son xəbərlər
19:50
Orban Aİ və NATO-nun Rusiya ilə birbaşa münaqişəyə yaxınlaşdığını bəyan edib
Digər ölkələr19:45
Deputat: Məktəblərdə etik ünsiyyət qaydalarının daha sərt şəkildə qorunması vacibdir
Elm və təhsil19:36
Hindistanın şimalında avtobus qəzasında altı nəfər ölüb
Digər ölkələr19:27
Ermənistan XİN-də Azərbaycan və Türkiyə ilə münasibətlər müzakirə edilib
Region19:19
Sumqayıtda bir ailənin dörd üzvü dəm qazından zəhərlənib
Hadisə19:14
"Mançester Yunayted" İngiltərə çempionatında ardıcıl dördüncü qələbəsini qazanıb
Futbol19:06
"Bloomberg": Aİ müdafiəyə əlavə vəsait ayırmağı planlaşdırır
Digər ölkələr19:00
İranın qərbində PJAK qruplaşmasının 11 üzvü saxlanılıb
Region18:44