İngiltərəli futbolçu London təmsilçisinin tarixində meydana çıxan 900-cü oyunçu olub

Futbol
  • 25 sentyabr, 2025
  • 12:41
İngiltərəli futbolçu London təmsilçisinin tarixində meydana çıxan 900-cü oyunçu olub
Luka Uilyams-Barnett

Luka Uilyams-Barnett İngiltərənin "Tottenhem" klubunun tarixində meydana çıxan 900-cü futbolçu olub.

"Report" xəbər verir ki, bu barədə London təmsilçisi məlumat yayıb.

16 yaşlı ingiltərəli hücumameyilli yarımmüdafiəçi buna "Donkaster"ə qalib gəldikləri Liqa Kubokunun 1/16 final oyununun 87-ci dəqiqəsində meydana çıxmaqla nail olub.

Qeyd edək ki, qarşılaşma "Tottenhem"in 3:0 hesablı qalibiyyəti ilə bitib.

Son xəbərlər

Bütün Xəbər Lenti