İngiltərə Super Kubokunun qalibi bəlli oldu
Futbol
- 29 avqust, 2020
- 17:56
Futbol üzrə İngiltərə Super Kubokunun qalibi müəyyənləşib.
"Report" xəbər verir ki, bu titula tarixində 16-cı dəfə "Arsenal" layiq görülüb. “Uembli” stadionunda keçirilmiş matçda ölkə kubokunun son sahibi çempion “Liverpul”la üz-üzə gəlib.
Qarşılaşmanın əsas vaxtında qalibi müəyyənləşdirmək mümkün olmayıb - 1:1. 12-ci dəqiqədə "topçular"dan Pyer-Emerik Obameyanqın qoluna 73-cü dəqiqədə "qırmızılar"dan Takumi Minamino cavab verib. Əlavə vaxtda da hesab dəyişmədiyindən, qalib penaltilər seriyasında müəyyənləşib. Bu bölümdə isə "Arsenal" daha üstün olub - 5:4.
Qeyd edək ki, İngiltərə Premyer Liqasında yeni mövsümə sentyabrın 12-də start veriləcək.
Son xəbərlər
13:51
Polis dövlətçiliyin etibarlı dayaqlarından biridir - RƏY
Daxili siyasət13:50
Alen Simonyan deputat mandatından imtina etdiyini bildirib
Region13:47
Foto
Rusiyanın hava zərbələrinə məruz qalan Kiyevdən - FOTOREPORTAJ
Digər ölkələr13:45
Cenevrə danışıqlarında Gürcüstan Rusiya ilə Sxinvali arasında imzalanmış "sazişə" etiraz edib
Region13:39
"Tottenhem" Mateuş Fernandeşi heyətinə qatıb
Futbol13:37
Fon der Lyayen: Ermənistanın Aİ-yə ixracının təxminən 80 %-i rüsumsuz olacaq
Region13:32
UNESCO rəsmisi Qustavo Merino Azərbaycanın dopinqə qarşı mübarizədəki rolunu yüksək qiymətləndirib
Fərdi13:29
"Apple" son 2 ayda Azərbaycanın mobil cihaz bazarındakı payının 40 %-ni itirib
İKT13:29