"Sumqayıt"ı məğlub edən "İmişli"yə texniki məğlubiyyət veriləcək
Futbol
- 13 sentyabr, 2025
- 18:28
Misli Premyer Liqasının IV turunda "Sumqayıt"ı məğlub edən "İmişli" komandasına texniki məğlubiyyət veriləcək.
"Report"un məlumatına görə, buna "Sumqayıt"la oyunda adı protokolda olmayan futbolçunun meydana girməsi səbəb olub.
İbrahim Əliyev görüşün ikinci hissəsində Ezekiel Morqanın yerinə meydana çıxıb.
Qarşılaşma "İmişli"nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
72-ci dəqiqədə "gənclik şəhəri" təmsilçisinin qapıçısı Mehdi Cənnətov avtoqol müəllifi olub.
Günün ikinci oyununda "Turan Tovuz" "Qəbələ" ilə üz-üzə gələcək.
Qeyd edək ki, ötən gün "Araz-Naxçıvan" "Kəpəz"i iki cavabsız qolla üstələyib. "Qarabağ" - "Zirə" oyununda qalib müəyyənləşməyib - 1:1. Tura sentyabrın 14-də yekun vurulacaq.
Son xəbərlər
12:46
Türkiyə Qara dəniz üzərində PUA-ların mülki aviasiya üçün təhlükəli olması barədə xəbərdarlıq edib
Region12:44
Bakıda "Kənddən Şəhərə" Yeni il yarmarkası keçirilir
Biznes12:39
Foto
Azərbaycan və Monteneqro konsulluq məsələləri üzrə əməkdaşlığa dair memorandum imzalayıb
Xarici siyasət12:37
Foto
Ceyhun Bayramov monteneqrolu həmkarını Ermənistanla normallaşma prosesi barədə məlumatlandırıb - YENİLƏNİB
Xarici siyasət12:35
Türkiyə "Eurofighter" qırıcıları üçün Meteor raketləri istehsal edəcək
Region12:22
Foto
Kərkicahan qəsəbəsinə ilk köç karvanı yola salınıb
Daxili siyasət12:21
Azərbaycan 11 ayda meyvə-tərəvəz ixracından 800 milyon dollardan çox gəlir götürüb
Biznes12:21
"Magen David Azerbaijan": Azərbaycan qanunvericilik və AİHK çərçivəsində fəaliyyət göstərir
Xarici siyasət12:15