İbrahimoviç məşqlərə qoşuldu
Futbol
- 08 yanvar, 2021
- 19:01
İtaliyanın "Milan" klubunun futbolçusu Zlatan İbrahimoviç məşqlərə qoşulub.
"Report"un "Sky Italia"ya istinadən məlumatına görə, 40 yaşlı hücumçu 1,5 aylıq fasilədən sonra sıraya dönüb.
İsveçli forvard əvvəlcə 2020-ci il noyabrın 22-də "Napoli"yə 3:1 hesabı ilə qalib gəldikləri A Seriyasının oyununda baldır əzələlərini dartıb. O, meydanlara qayıdış ərəfəsində isə əzələsindən daha bir xəsarət alıb.
Qeyd edək ki, Zlatan İbrahimoviç fərdi proqramla hazırlaşıb. O, yanvarın 9-da "Torino" ilə çempionat, yanvarın 12-də isə İtaliya Kuboku qarşılaşmalarına hazır ola bilməyəcək. Təcrübəli qolçu çox güman ki, yanvarın 18-də "Kalyari" ilə görüşədək forma yığacaq.
Bu mövsüm İbrahimoviç 10 oyuna 11 qol vurub.
Son xəbərlər
09:46
Azərbaycan nefti ucuzlaşmaqda davam edir
Energetika09:45
Tramp ABŞ-nin silah ehtiyatlarının tükənməsinə dair iddiaları təkzib edib
Digər ölkələr09:39
Rusiya Qara dənizdə yük gəmilərinə dron zərbələri endirib
Region09:37
Foto
Video
Yaşayış binasında təhlükəsizlik tələblərinə cavab verməyən liftlərin istismarı dayandırılıb
Hadisə09:37
UKMTO: Hörmüz boğazında tankerin yaxınlığında iki partlayış səsi qeydə alınıb
Digər ölkələr09:37
Bəzi rayonlarda yağış yağıb - FAKTİKİ HAVA
Ekologiya09:27
Rusiyanın Xarkov vilayətinə zərbələri nəticəsində üç nəfər ölüb
Digər ölkələr09:26
"Mingəçevir"in baş məşqçi postuna Elman Sultanov gətirilib
Futbol09:15