İbrahimoviç baş hakimə dediyi sözlərə görə cəzalandı
Futbol
- 13 aprel, 2021
- 11:36
İtaliyanın "Milan" klubunun futbolçusu Zlatan İbrahimoviç bir oyunluq cəza və 5 min avro cəriməyə məruz qalıb.
"Report" xəbər verir ki, buna isveçli hücumçunun "Parma"nı 3:1 hesabı ilə yendikləri A Seriyasının XXX tur matçındakı davranışı səbəb olub.
40 yaşlı forvard görüşün 60-cı dəqiqəsində baş hakim Fabio Mareskaya dediyi sözlərə görə birbaşa qırmızı vərəqə alıb.
İntizam Komitəsinin qərarında onun referiyə qarşı aşağılayıcı formada tənqid məzmunlu təhqiramiz ifadələr işlətdiyi göstərilib.
Beləliklə, İbrahimoviç növbəti turun "Cenoa" ilə matçında "Milan"a kömək edə bilməyəcək. Aprelin 18-də "San Siro" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 14:30-da başlanacaq.
Son xəbərlər
18:57
Messi İspaniyadakı meşə yanğınlarından zərər çəkən bölgəyə 80 min avro ianə edib
Futbol18:57
Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının yeni katibini təqdim edib
Digər ölkələr18:49
Foto
Naxçıvanda "VAZ-2107" "KAMAZ"la toqquşub, xəsarət alanlar var
Hadisə18:39
Rubio: Hörmüz boğazı ilə bağlı danışıqlarda irəliləyiş var
Digər ölkələr18:33
İKZF-nin kirayə mənzillərinin seçimində ilk dəfə SİMA-nın üztanıma texnologiyası tətbiq edilib
İnfrastruktur18:22
ADY dəmir yolunun təhlükəsizlik zonasında mühafizəni gücləndirəcək
İnfrastruktur18:19
Foto
SOCAR-ın prezidenti BYD şirkətinin xarici əlaqələr və yeni biznesin inkişafı üzrə rəhbəri ilə görüşüb
Biznes18:19
Azərbaycanlı atlet İlahə Quliyeva ABŞ-də keçiriləcək dünya çempionatına qatılacaq
Fərdi18:10