"İnter" Almaniya klubuna rəqib olub
Futbol
- 02 yanvar, 2015
- 11:44
Bakı. 2 yanvar. REPORT.AZ/ Bakının "İnter" komandası qış təlim-məşq toplanışı üçün bu gün Antalyaya yola düşəcək. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, yanvarın 3-dən etibarən məşqlər start götürəcək.
Toplanış çərçivəsində 6 yoldaşlıq matçı keçiriləcək. Paytaxt klubu yanvarın 8-də "İnegölspor" (Türkiyə), 13-də "Enerqi Kottbus" (Almaniya), 14-də "Kayrat" (Qazaxıstan), 17-də "Kasımpaşa"(Türkiyə), 20-də isə "Metallist" (Ukrayna) komandasıyla qarşılaşacaq. Toplanışda son yoxlama matçının yanvarın 23-də keçirilməsi planlaşdırılır. Sonuncu rəqib hələ ki, məlum deyil.
Qeyd edək ki, "İnter" yanvarın 24-də vətənə qayıdacaq.
Son xəbərlər
10:15
Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib
Futbol10:14
Azərbaycan şirkətinin xalis mənfəəti 4 dəfədən çox azalıb
Biznes10:08
"Telegram"ın təsisçisi Pavel Durov beynəlxalq axtarışa verilib
Region10:05
"Legion Financial" maliyyə vəziyyətini açıqlayıb
Maliyyə09:59
Magistraturaya qəbulun nəticələri sabaha qədər elan oluna bilər
Elm və təhsil09:58
DİM rəsmisi: Bu il 11 beynəlxalq dil sertifikatının saxta olduğu aşkarlanıb
Elm və təhsil09:55
DSMF I yarımildə 110 minə yaxın elektron arayış verib
Maliyyə09:49
Foto
İşğaldan azad edilmiş ərazilərdə ümumi gücü 8 000 kVt-dan çox olan günəş panelləri quraşdırılıb
Energetika09:48
Foto
Video