Futbol matçında azarkeşlər meydana girib, referinin avtomobili yandırılıb

Futbol
  • 22 sentyabr, 2021
  • 11:19
Futbol matçında azarkeşlər meydana girib, referinin avtomobili yandırılıb

Bosniya və Herseqovina Premyer Liqasında X turun "Veleş" - "Borats" oyununda insident baş verib.

"Report"un yerli mətbuata istinadən məlumatına görə, 82-ci dəqiqədə - qonaqların vurduğu 2-ci qoldan sonra meydana girən yerli azarkeşlər matçın baş hakiminə hücum ediblər. "Veleş"in məğlubiyyətində referini günahlandıran azarkeşlər çətinliklə sakitləşdiriliblər. Görüş "Borats"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

İnsident final fitindən sonra da davam edib və fanatlar baş hakimin tunelin qarşısında dayanmış avtomobilini tamamilə yandırıblar.

Futbol matçında azarkeşlər meydana girib, referinin avtomobili yandırılıb

Son xəbərlər

Bütün Xəbər Lenti