Federasiya prezidenti koronavirusdan dünyasını dəyişdi
Futbol
- 06 avqust, 2020
- 07:20

Venesuela Futbol Federasiyasının (FVF) prezidenti Xesus Berardinelli dünyasını dəyişib.
"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, 62 yaşlı funksioner iyulun 22-də yerləşdirildiyi paytaxt xəstəxanalarından birində vəfat edib.
"Globoesporte" nəşri Berardinellinin koronavirusdan öldüyünü yazıb. Bu, Cənubi Amerikada eyni infeksiyadan ölən ikinci federasiya prezidentidir. Berardinellidən əvvəl Boliviya Futbol Federasiyasının rəhbəri Sesar Salinas eyni səbəbdən dünyasını dəyişib.
Qeyd edək ki, Xesus Berardinelli bu ildən federasiyaya başçılıq edirdi. Berardinelli bu vəzifədə Laureno Qonsalesi əvəzləmişdi. O, daha əvvəl korrupsiya qalmaqalına görə həbs olunmuşdu.
Son xəbərlər
02:16
Ağ Ev Rusiyaya qarşı sanksiyaları gücləndirən qanun layihəsini diqqətlə araşdırır
Digər ölkələr01:24
Kamçatkada 5,1 bal gücündə zəlzələ baş verib
Digər ölkələr01:12
Gürcüstan prezidenti mitinqlərin keçirilməsi qaydalarını sərtləşdirən qanunu təsdiqləyib
Region01:07
Tramp iki həftə ərzində Putinlə Budapeştdə görüşməyə ümid edir
Digər ölkələr00:33
Qubada ayı təsərrüfat sahibinə hücum edib
Hadisə00:05
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan beş il ötür
Qarabağ00:04
Video
Prezident İlham Əliyev Füzuli şəhərinin azad olunması ilə bağlı paylaşım edib
Daxili siyasət00:00
Bu gün Füzulinin işğaldan azad olunmasından beş il ötür
Qarabağ23:51