Fransalı futbolçu Azərbaycan millisi ilə oyundan əvvəl zədələnib
Futbol
- 30 oktyabr, 2025
- 14:40
Fransa millisinin futbolçusu Dezire Due DÇ-2026-nın seçmə mərhələsində Bakıda Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyundan əvvəl zədələnib.
"Report" xəbər verir ki, PSJ-də çıxış edən 20 yaşlı vinger Liqa 1-in X turunda "Loryen"lə matçda (1:1) xəsarət alıb və meydanı xərəkdə tərk edib.
Onun sağalması üçün bir neçə həftə lazım olacaq.
Dezire Due oktyabrda Azərbaycan seçməsinə qalib gəldikləri (3:0) qarşılaşmada zədə səbəbindən iştirak edə bilməyib. Futbolçu cari mövsüm PSJ-də meydana çıxdığı 15 matçda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Azərbaycan - Fransa oyunu noyabrın 16-da keçiriləcək.
Son xəbərlər
05:32
Ağ Ev: Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir
Digər ölkələr04:59
Video
ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib
Digər ölkələr04:45
Malinin müdafiə nazirinin iqamətgahına hücum olub
Digər ölkələr04:17
Tramp İranla telefon danışıqlarının davam etdiriləcəyini düşünür
Digər ölkələr03:54
"Arsenal" İngiltərə Premyer Liqasında liderliyini geri qaytarıb
Futbol03:33
Bəqai: İran Fars körfəzi dövlətləri ilə münasibətlərə böyük əhəmiyyət verir
Region03:07
ABŞ İranı blokadaya almasından sonra 37 gəminin istiqamətini dəyişib
Digər ölkələr02:40
"Mançester Siti" İngiltərə Kubokunun finalına çıxıb
Futbol02:22