Fransa klubunun stadionu insidentə görə bağlanıb
Futbol
- 22 noyabr, 2021
- 15:26
Fransa Peşəkar Futbol Liqası (LFP) "Lion" klubunun stadionunu azarkeşlər üçün müvəqqəti olaraq bağlayıb.
"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna sözügedən komandanın evdə "Marsel"ə qarşı keçirdiyi Liqa 1-in XIV tur oyununda baş vermiş insident səbəb olub.
Matçın gedişində yerli fanatlardan birinin meydana atdığı su şüşəsi künc zərbəsini yerinə yetirmək istəyən qonaq komandanın yarımmüdafiəçisi Dmitri Payetin başına dəyib. Nəticədə referi görüşü dayandıraraq komandaları paltardəyişmə otağına göndərib. Daha sonra qarşılaşma təxirə salınıb.
Həmin epizodu araşdıran LFP məsələ ilə bağlı yekun qərarını dekabrın 8-də verəcək. Belədə, "Lion" dekabrın 1-də "Reyms"lə çempionat oyununu azarkeşsiz keçirməli olacaq.
Son xəbərlər
19:21
Pakistan və İranın XİN başçıları regional məsələləri müzakirə ediblər
Region19:06
Ukrayna ordusunun Baş Qərargahı: Moskva NEZ neft emalını qeyri-müəyyən müddətə dayandırıb
Digər ölkələr18:54
Azərbaycan və Yunanıstan ali məktəbləri arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
Xarici siyasət18:50
BELGAZERCOM Belçika ticarət nümayəndə heyətinin Bakıya səfərinin anonsunu verib
Biznes18:45
İrakli Kobaxidze: Orta Dəhliz üzrə səylərin gücləndirilməsi və əlavə yüklərin cəlb edilməsi vacibdir
Region18:33
AYNA Qaradağ rayonuna yeni ekspres marşrutun açılışını elan edib
İnfrastruktur18:14
Foto
Malayziya səfirinin Azərbaycanda diplomatik fəaliyyəti başa çatıb
Xarici siyasət18:14
Edinson Kavani "Boka Xuniors" klubundan ayrılıb
Futbol18:12