Azərbaycan millisi ilə oyuna cəzalı futbolçu çağırılıb

Futbol
  • 24 sentyabr, 2021
  • 06:37
Azərbaycan millisi ilə oyuna cəzalı futbolçu çağırılıb

21 yaşadək futbolçulardan ibarət Finlandiya millisinə Azərbaycan yığmasına qarşı keçirəcəyi Avropa çempionatının seçmə oyunu üçün cəzalı futbolçu çağırılıb.

"Report"un məlumatına görə, bu, Xorvatiyaya evdə 0:2 hesabı ilə uduzduqları matçda birbaşa qırmızı vərəqə alaraq meydandan qovulmuş Anssi Suhonendir. UEFA-nın 20 yaşlı yarımmüdafiəçiyə 1 və 2 oyunluq cəza verəcəyi hələlik bəlli deyil.

Qeyd edək ki, oktyabrın 8-də Azərbaycanın qonağı olacaq Finlandiya yığması 4 gün sonra Avstriyanı qəbul edəcək. İlk matçı buraxacağı dəqiqləşən Anssi Suhonenin ikinci matçda iştirakı isə sual altındadır.