FIFA Ukrayna yığmasının istəyini rədd etdi
Futbol
- 05 aprel, 2021
- 20:10
FIFA İngiltərə "Vulverhempton"unun futbolçusu Maks Kilmanın Ukrayna yığmasında oynamasına razılıq verməyib.
"Report"un məlumatına görə, bu barədə Ukrayna Futbol Federasiyasının sorğusuna cavabda bildirilir. Səbəb kimi 24 yaşlı müdafiəçinin əvvəllər İngiltərənin futzal millisinin heyətində 8 rəsmi matça çıxması göstərilib. Bu isə istedadlı futbolçunun artıq İngiltərə futbol vətəndaşlığını təmin etməsi anlamına gəlir.
Kilman 23 may 1997-ci ildə Londonda rus-ukraynalı ailəsində doğulub. Onun atası Aleks əslən moskvalı, anası Mariya isə kiyevlidir.
Qeyd edək ki, bu mövsüm Maks Kilman "Vulverhempton"un heyətində 17 oyunda 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Son xəbərlər
22:11
DÇ-2026: Niderland millisi hesab arasındakı fərqi 3 topa çatdırıb - YENİLƏNİB-5
Futbol22:07
Pezeşkian və pakistanlı nazir ABŞ ilə aparılan danışıqları müzakirə ediblər
Region21:52
XİN: Dünyadakı milyonlarla qaçqın və məcburi köçkünlə həmrəyliyimizi ifadə edirik
Xarici siyasət21:46
Türkiyədə sərnişin avtobusu aşıb, ölən və yaralananlar var
Region21:43
İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı 4 mini keçib
Digər ölkələr21:37
Sumqayıtda 3 gün əvvəl döyülən 83 yaşlı qadın bu gün xəstəxanada ölüb
Hadisə21:24
Ağstafaya iri həcmli dolu düşüb
Ekologiya21:20
Zelenski "Ağ qartal" ordeninin Polşaya qaytarıldığını bildirib
Digər ölkələr20:56