FIFA DÇ-2022-də ofsaydla bağlı yeni sistemdən istifadə edəcək
Futbol
- 08 aprel, 2021
- 09:39
FIFA 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatında ofsaydı avtomatik aşkarlama sistemindən istifadə etməyə hazırlaşır.
"Report" xəbər verir ki, bu barədə ali qurumda Futbolun Qlobal İnkişafı Departamentinin rəhbəri Arsen Venger "The Times"a açıqlamasında bildirib.
Onun sözlərinə görə, ofsaydın avtomatik təyin edilmə sistemi 2022-ci ilədək hazır olacaq: "Yeni texnologiyanın tətbiq olunmasında israr edirəm, bunun sayəsində ofsayd epizodunun siqnalı dərhal xətt hakiminə çatacaq".
Qeyd edək ki, dünya çempionatı gələn il 21 noyabr - 18 dekabrda keçirilməlidir. Bu, qış vaxtı təşkil olunacaq ilk mundialdır.
Son xəbərlər
09:41
Azərbaycanın Hərbi Hava Qüvvələrinin yaranmasından 34 il ötür
Hərbi09:37
"Araz-Naxçıvan" braziliyalı futzalçını heyətinə qatıb
Futbol09:21
Azərbaycan Basketbol Liqasında XVII tura yekun vurulur
Komanda09:21
Azərbaycan Televiziyasının fəaliyyətə başlamasından 70 il ötür
Media09:10
Azərbaycan nefti cüzi ucuzlaşıb
Energetika09:05
Premyer Liqa: XX tura iki oyunla start veriləcək
Futbol08:57
KİV: Avropanın ABŞ-yə etibarı sarsılıb
Digər ölkələr08:45
Vanuatu sahillərində 6,5 maqnitudada zəlzələ olub
Digər ölkələr08:28