"Fənərbağça"nın hücumçusu İtaliya klubuna keçdi
Futbol
- 15 sentyabr, 2020
- 16:51
Türkiyə "Fənərbağça"sının futbolçusu Vedat Murikinin İtaliyanın "Latsio" komandasına transferi gerçəkləşib.
"Report" İstanbul klubunun rəsmi saytına istinadən xəbər verir ki, Roma təmsilçisi kosovolu hücumçuya görə qarşı tərəfə 17,5 milyon avro təzminat və 2,5 milyon avro əlavə bonus ödəyəcək.
Həmçinin "Fənərbağça" 26 yaşlı forvardın növbəti satışından əlavə pay da alacaq. Muriki başqa kluba keçərsə, "Latsio" transfer məbləğinin 5 faizini Superliqa təmsilçisinə ödəyəcək.
Qeyd edək ki, Vedat Muriki 2019/2020 mövsümünün əvvəlində "Rizespor"dan "Fənərbağça"ya keçmişdi.
Son xəbərlər
01:04
Foto
DÇ-2026-nın açılış oyununda CAR Meksikaya məğlub olub - YENİLƏNİB-5
Futbol00:35
Bakı və Lənkəranın bəzi ərazilərində işıq olmayacaq
Energetika00:21
Tramp Cey Kleytonun Milli Kəşfiyyat direktoru vəzifəsinə namizədliyini irəli sürüb
Digər ölkələr00:14
Bakının üç rayonunda qaz olmayacaq
Energetika00:06
Gəncədə 63 yaşlı kişi qətlə yetirilib, şübhəli kimi qardaşı oğlu saxlanılıb
Hadisə23:49
Türkiyədə təyyarə radar dirəyinə çırpılıb, 267 sərnişin təxliyə olunub
Region23:38
İsrailin Livana hücumlarında ölənlərin sayı 3711-ə çatıb
Digər ölkələr23:26
İran Trampın razılaşma ilə bağlı bəyanatını təkzib edib
Region22:53
Foto