Erlinq Holann yeni rekorda imza atıb
Futbol
- 12 aprel, 2023
- 05:03
İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Erlinq Holann yeni rekorda imza atıb.
"Report" xəbər verir ki, 23 yaşlı hücumçu buna evdə Almaniya "Bavariya"sına 3:0 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda fərqlənməklə nail olub.
"Şəhərlilər"in heyətində 45 qola imza atan norveçli forvard İngiltərə Premyer Liqasının oyunçuları arasında bir mövsümdə rəqib qapılarına ən çox yol tapan futbolçu adına sahib çıxıb.
Holann 2002/2003 mövsümündə 44 qol vuran Rud Van Nistelroyu (53 oyuna) və 2017/2018 mövsümündə eyni sayda fərqlənən Məhəmməd Salahı (52 oyuna) geridə qoyub.
Qeyd edək ki, Erlinq Holann 11 qolla Çempionlar Liqasının bombardiridir.
Son xəbərlər
18:47
Masallıda çayda üzərkən ağır xəsarət alan 22 yaşlı gənc xəstəxanada vəfat edib
Hadisə18:37
Foto
Azərbaycan və Braziliya arasında 2026-cı il üzrə Birgə Gömrük Əməkdaşlığı Planı imzalanıb
Biznes18:30
Monteneqro noyabrın 1-dən bir sıra ölkələrin vətəndaşları üçün viza tətbiq edəcək
Digər ölkələr18:25
Bakıda güclü külək səbəbindən 5 nəfər təcili yardıma müraciət edib - YENİLƏNİB-3
Sağlamlıq18:24
Foto
Dünya çempionatı: Ömər Salmanov bürünc medal uğrunda görüşə çıxacaq - YENİLƏNİB-2
Fərdi18:22
İraqın Baş naziri Türkiyəyə səfər edəcək
Region18:20
Rövşən Məmmədov: AzTV İranın informasiya hücumlarına cavab verməyə davam edəcək - VİDEO
Media18:17
Foto
Azərbaycanın Elit kateqoriyalı hakimləri fitness testini uğurla başa vurublar
Futbol18:16
Foto