Erlinq Holann İngiltərə Premyer Liqasında rekorda imza atıb
Futbol
- 03 dekabr, 2025
- 00:22
"Mançester Siti"nin norveçli hücumçusu Erlinq Holann İngiltərə Premyer Liqasında rekorda imza atıb.
"Report" xəbər verir ki, norveçli hücumçu 111-ci oyununda 100-cü qolunu vurub.
E.Holann bu nəticəni XIX turda "Fulhem"lə səfər matçında əldə edib. Buna nail olmaq üçün ona 111 oyun lazım olub.
Bundan əvvəlki rekord 1995-ci ildə ingilis hücumçu Alan Şirerə məxsus idi. O, turnirdə ilk 100 qolunu 124 oyunda vurub.
Qeyd edək ki, 25 yaşlı Holann 2022-ci ilin iyulunda "Mançester Siti"yə qoşulub. Norveçli futbolçu klubla iki İngiltərə çempionluğu, bir İngiltərə Kuboku, həmçinin Çempionlar Liqası və UEFA Super Kubokunu qazanıb.
Son xəbərlər
12:29
Dövlət rüsumlarından azad şəxslər barədə vahid elektron reyestrin yaradılması təklif edilib
Daxili siyasət12:28
Dövlət qulluğunun hüquqi və sosial təminatına dair bir sıra tənzimləmələr ilk oxunuşda qəbul edilib
Milli Məclis12:25
Peşəkar Tennisçilər Assosiasiyası isti havalarda keçirilən oyunlarla bağlı yeni qaydaları təsdiqləyib
Fərdi12:23
Maliyyə xidmətlərinin istehlakçılarına yeni tələb qoyulması ilə bağlı dəyişikliklər ilk oxunuşda qəbul edilib
Milli Məclis12:22
Sabah Bakıda hava yağmursuz keçəcək, bəzi rayonlarda isə arabir yağıntı olacaq
Ekologiya12:20
MM dövlət rüsumu tutulmayan şəxslərin əhatə dairəsinin genişləndirilməsini ilk oxunuşda təsdiqləyib
Milli Məclis12:20
Moskvada şagirdi qətlə yetirən yeniyetmə "destruktiv gənclər hərəkatı"nın fəalıdır - YENİLƏNİB
Digər ölkələr12:19
İqor Zubcu: Moldova-Azərbaycan əməkdaşlığı gələcəkdə birgə layihələrin icrasına yol açacaq
Xarici siyasət12:16