Emin Mahmudov Azərbaycan millisinin tarixinə düşüb
Futbol
- 09 sentyabr, 2025
- 21:32
Azərbaycan milli komandasının kapitanı Emin Mahmudov Ukrayna yığması ilə keçirilən DÇ-2026-nın seçmə mərhələ oyununda qol vuraraq, tarixi rekorda imza atıb.
"Report" xəbər verir ki, yarımmüdafiəçi millinin heyətində qollarının sayını 15-ə çatdırmaqla ən məhsuldar futbolçu olub.
O, sabiq hücumçu Qurban Qurbanova məxsus 21 illik rekordu yeniləyib.
"Qarabağ"ın baş məşqçisi 1992-2005-ci illər ərzində millinin heyətində keçirdiyi 68 oyunda 14 dəfə fərqlənib. Qurbanov sonuncu qolunu 2004-cü ildə Latviya ilə yoldaşlıq görüşündə (2:2) vurmuşdu. Emin Mahmudov isə 2016-cı ildən şərəfini qoruduğu Azərbaycan millisinin heyətində 56-cı matçında 15 qola çatıb.
Son xəbərlər
09:55
Cənubi Koreya Hörmüz boğazındakı vəziyyətdən narahatdır
Digər ölkələr09:41
Yeniyetmə cüdoçular arasında Avropa Kuboku bu gün başa çatacaq
Komanda09:13
Premyer Liqa: Bu gün turnir cədvəlində qonşu komandalar üz-üzə gələcək
Futbol08:51
Tramp İranda vurulan F-15E təyyarəsinin ikinci pilotunun xilas edilməsini təsdiqləyib
Digər ölkələr08:45
"Axios": ABŞ hərbçiləri İranda vurulan F-15 təyyarəsinin ikinci pilotunu xilas edib
Digər ölkələr08:31
KİV: Çin şirkətləri ABŞ Ordusunu hərəkətləri haqqında məlumatları satır
Digər ölkələr08:12
İsrail Ordusu İrandan yeni raket atışı barədə məlumat yayıb
Digər ölkələr07:34
İran ABŞ və İsraili hücumları davam etdirəcəkləri təqdirdə ciddi fəsadlarla hədələyib
Region07:08