"Əl-Hilal" Harri Keynin nümayəndələri ilə danışıqlara başlayıb

Futbol
  • 14 iyul, 2026
  • 14:05
Əl-Hilal Harri Keynin nümayəndələri ilə danışıqlara başlayıb

"Əl-Hilal" klubu İngiltərə millisinin futbolçusu Harri Keynin transferini araşdırır.

"Report" "Sky Sport"a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi 32 yaşlı hücumçunun nümayəndələri ilə danşıqlara başlayıb.

Forvard özü hələlik qərar verməyib. O, ilk növbədə klubun təklifini araşdırmaq niyyətindədir.

Almaniyanın "Bavariya" klubu ilə müqaviləsindəki bəndə əsasən, hücumçu üçüncü mövsümündə 65 milyon avro qarşılığında sərbəst qala bilər.

Xatırladaq ki, 2023-cü ildən Münhen təmsilçisində çıxış edən Harri Keyn ötən mövsüm 51 oyunda 61 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.