Edin Ceko 20-ci pilləyə yüksəlib
Futbol
- 12 sentyabr, 2023
- 05:39
Bosniya və Herseqovina millisinin futbolçusu Edin Ceko yeni uğura imza atıb.
"Report" Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) rəsmi saytına istinadən xəbər verir ki, 37 yaşlı hücumçu buna Lixtenşteyn yığmasına 2:1 hesabı ilə qalib gəldikləri AVRO-2024-ün seçmə mərhələsinin oyununda nail olub.
Görüşdə hesabı açan təcrübəli forvard millinin heyətində 50-ci matçda fərqlənməyə müvəffəq olaraq "20-liy"ə daxil olub.
Rekord Portuqaliya yığmasının heyətində 80 qarşılaşmada qol vuran Kriştianu Ronalduya məxsusdur.
| Futbolçular | Milli komandalar | Fərqləndikləri müddət | Oyun sayı | Qol vurduqları oyunların sayı | |
| 1 | Kriştianu Ronaldu | Portuqaliya | 2003- | 201 | 80 |
| 2 | Əli Daei | İran | 1993-2006 | 148 | 74 |
| 3 | Lionel Messi | Argentina | 2005- | 176 | 73 |
| 4 | Sunil Çetri | Hindistan | 2005- | 143 | 69 |
| 5 | Mokhtar Dahari | Malayziya | 1972-1985 | 142 | 64 |
| 6 | Neymar | Braziliya | 2010- | 125 | 60 |
| 7 | Hüseyn Said | İraq | 1976-1990 | 137 | 55 |
| 8 | Robert Levandovski | Polşa | 2008- | 144 | 54 |
| 9 | Godfrey Çitalu | Zambiya | 1968-1980 | 111 | 53 |
| 10 | Luis Suares | Uruqvay | 2007- | 137 | 53 |
| 11 | Hossam Hassan | Misir | 1985-2006 | 176 | 53 |
| 12 | Ferents Puşkas | Macarıstan, İspaniya | 1945-1962 | 89 | 52 |
| 13 | Pele | Braziliya | 1957-1971 | 91 | 51 |
| 14 | Didye Droqba | Fil Dişi Sahili | 2002-2014 | 105 | 51 |
| 15 | Stern Con | Trinidad və Tobaqo | 1995-2011 | 115 | 51 |
| 16 | Robbi Kin | İrlandiya | 1998-2016 | 146 | 51 |
| 17 | Abdul Kadir | İndoneziya | 1967-1979 | 101 | 50 |
| 18 | Romelu Lukaku | Belçika | 2010- | 109 | 50 |
| 19 | Mayed Abdullah | Səudiyyə Ərəbistanı | 1978-1994 | 117 | 50 |
| 20 | Edin Ceko | Bosniya və Herseqovina | 2007- | 131 | 50 |
Son xəbərlər
07:00
DÇ-2026: İordaniya - Əlcəzair oyunu start götürüb
Futbol06:35
Erlinq Holann Norveç - Seneqal matçının ən yaxşı oyunçusu adına layiq görülüb
Futbol06:33
Qalibaf: Hörmüz boğazını İran idarə edəcək
Region06:00
DÇ-2026: Erlinq Holannın qolları Norveçə qələbə qazandırıb - YENİLƏNİB-8
Futbol05:49
Polşa Prezidenti Türkiyəyə səfərə gəlib
Region05:25
Didye Deşam: "Uzun fasilədən sonra ikinci hissəyə köklənmək asan olmadı"
Futbol05:21
NASA astronavtları "Canadarm2" manipulyatorunun təmiri üçün açıq kosmosa çıxacaq
Digər ölkələr04:58
Kilan Mbappe Fransa - İraq matçının ən yaxşı futbolçusu olub
Futbol04:56