Dünya reytinqi: "Qarabağ", "Neftçi" və "Sabah" geriləyiblər
Futbol
- 10 dekabr, 2023
- 10:15
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.
"Report" IFFHS-nin rəsmi saytına istinadən xəbər verir ki, 402 komandadan ibarət siyahıya Azərbaycanın yenə 3 təmsilçisi düşüb.
Ötən ay 70-ci yerdə qərarlaşan “Qarabağ” (131,5 xal) hazırkı reytinqdə 84-cüdür.
"Neftçi" və "Sabah" klubları da geriləyiblər. "Ağ-qaralar" 340-cı sıradan 378-ə, "bayquşlar" isə 342-ci mövqedən 391-ci pilləyə düşüblər.
Qeyd edək ki, dünya reytinqinə İngiltərə Premyer Liqasının və UEFA Çempionlar Liqasının son qalibi “Mançester Siti” (314 xal) başçılıq edir. İspaniya təmsilçisi “Real” (308 xal) ikincidirsə, İtaliyanın "İnter" (264) kollektivi üçüncü yerdədir.
Son xəbərlər
09:17
Argentina millisinin baş məşqçisi: "İsveçrə bizə ciddi çətinliklər yaratdı"
İdman09:10
Messi dünya çempionatları tarixində ilkə imza atıb
İdman08:58
DÇ-2026: FİFA İngiltərə millisinin Norveçlə oyununda ilk qolunun hesaba alınması səbəbini izah edib
Futbol08:39
Kanadada festivalda baş verən atışma zamanı iki nəfər ölüb, xəsarət alanlar var
Digər ölkələr08:18
Xulian Alvares Argentina - İsveçrə matçının ən yaxşı oyunçusu olub
Futbol08:13
ABŞ İrana üçüncü zərbələr dalğasını başa çatdırıb - YENİLƏNİB
Digər ölkələr07:48
DÇ-2026: Yarımfinal mərhələsinin cütləri müəyyənləşib
Futbol07:45
DÇ-2026: Argentina yarımfinala yüksələn sonuncu komanda olub - YENİLƏNİB-8
Futbol07:38