Dünya çempionu karyerasını Almaniyada davam etdirə bilər
Futbol
- 25 fevral, 2026
- 17:32
İcarə əsasında "Marsel"də çıxış edən fransalı futbolçu Benjamen Pavar karyerasını Almaniyada davam etdirə bilər.
"Report" "Bild" nəşrinə istinadən xəbər verir ki, Dortmund "Borussiya"sı 29 yaşlı müdafiəçi ilə maraqlanır.
Liqa 1 komandası müqavilə ilə İtaliyanın "İnter" klubuna məxsus olan oyunçunun çıxışından narazı qalıb. Pavar Milan təmsilçisinin da növbəti mövsüm üçün planlarına daxil deyil.
Benjamen Pavar cari mövsüm "Marsel"də 28 oyuna 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "İnter"lə müqaviləsinin müddəti 2028-ci ilin yayınadək qüvvədədir.
Xatırladaq ki, müdafiəçi 2018-ci ildə Fransa millisi ilə dünya çempionatının qalibi olub.
Son xəbərlər
18:47
Video
"Euronews": Ümumdünya Şəhərsalma Forumu ərəfəsində şəhər inkişafının yeni modelləri müzakirə olunur
İnfrastruktur18:34
Manuel Noyer Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib
Futbol18:34
Rusiya XİN: İran və ABŞ arasında atəşkəs Livana da şamil edilməlidir
Region18:30
Azərbaycan və Slovakiya arasında hüquqi əməkdaşlığın perspektivləri müzakirə edilib
Daxili siyasət18:16
Foto
AYNA Naxçıvanda marşrut şəbəkəsinin optimallaşdırılması üçün iki layihə hazırlayıb
İnfrastruktur18:05
Araşdırma: Fransada əhalinin təxminən yarısı irqçilik halları ilə üzləşib
Digər ölkələr18:03
Elnur Çodarov Norveçin "Valerenqa" klubunda təcrübə proqramında iştirak edir
Futbol17:55
Foto
Qazaxıstanın mədəniyyət və informasiya nazirinin müavini "Report"un fəaliyyəti ilə tanış olub
Media17:53