Dünya çempionatı: Bürünc medalların sahibi müəyyənləşdi
Futbol
- 11 fevral, 2021
- 17:09
Qətərdəki klublararası dünya çempionatında 3-cü yer uğrunda oyun keçirilib.
"Report"un məlumatına görə, bürünc medallar uğrunda görüşdə Misirin "Əl-Əhli" və Braziliyanın "Palmeyras" komandaları üz-üzə gəliblər.
Matçın əsas vaxtı qolsuz başa çatdığından qalibi müəyyənləşdirmək üçün birbaşa penaltilər seriyasına keçilib. Burada daha dəqiq (3:2) oynayan Afrika təmsilçisi 3-cü yerin sahibi olub.
Qeyd edək ki, turnirin final matçı bu gün Almaniya "Bavariya"sı ilə Meksika "Tiqres"i arasında olacaq. Görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Son xəbərlər
05:12
SEPAH Bəhreyndə ABŞ-nin "Patriot" HHM sisteminin məhv edildiyini açıqlayıb
Digər ölkələr04:44
UKMTO: Hörmüz boğazının Oman sahillərində naməlum mərmi gəmini vurub
Digər ölkələr04:10
Rodri "Real Madrid"ə keçmək niyyətindədir
Futbol03:41
"Haluk Levent işi"nə görə saxlanılan Oğuzhan Uğur həbs edilib
Region03:04
ABŞ Kanada mallarına 50 % həcmində əlavə idxal rüsumları tətbiq edib
Digər ölkələr02:43
Səfir: Berlinlə Bakı arasındakı dialoq tərəfdaşlığı yeni səviyyəyə yüksəldir
Xarici siyasət02:15
"Politico": FTB-nin direktoru Keş Patel oktyabrda Rusiyaya səfər edəcək
Digər ölkələr01:47
Türkiyədə terror cinayətlərinin istintaqı ilə bağlı müstəqil büro qurulacaq
Region01:08