Dişi ağrıyan futbolçu Braziliya millisindən kənarda qalıb
Futbol
- 06 oktyabr, 2021
- 14:01
İspaniya "Real Madrid"inin futbolçusu Kazemiro Braziliya millisinin heyətindən çıxarılıb.
"Report" federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi diş ağrısına görə yığmanın qarşıdakı oyunlarını buraxmalı olacaq. Orta xətt oyunçusunun ağıl dişində iltihab əmələ gəlib. O, qarşıdakı 5 gündə məşq edə bilməyəcək.
Kazemironun əvəzinə komandaya İngiltərənin "Aston Villa" klubunun futbolçusu Duqlas Luis dəvət olunub.
Qeyd edək ki, Braziliya millisi 2022-ci il dünya çempionatının seçmə mərhələsində oktyabrın 11-də Kolumbiyanın qonağı olacaq, 4 gün sonra isə Uruqvayı qəbul edəcək. Yığma 8 turdan sonra maksimum nəticə ilə turnir cədvəlinə başçılıq edir.
Son xəbərlər
14:59
Texnoloji yarışda Azərbaycan modeli - TƏHLİL
İKT14:56
"Liverpul" 17 yaşlı futbolçu transfer edib
Futbol14:54
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin rəhbərliyinə ödənişlər kəskin azalıb
Maliyyə14:50
ABŞ-dən olan basketbolçu: "Azərbaycanda özümü sübut etmək istəyirəm"
Komanda14:48
Foto
ASCO-nun "Murovdağ" gəmisi əsaslı təmir olunub
İnfrastruktur14:47
Bayram günlərində Azərbaycanda 1 milyon manatdan çox sığorta zərəri qeydə alınıb
Biznes14:44
"Şamaxı" Azərbaycan millisi ilə yoxlama oyunu keçirəcək
Futbol14:44
Foto
Leyla Əliyeva Maskatda Omanın Kiçik və Orta Müəssisələrin İnkişafı Qurumunun sədri ilə görüşüb
Xarici siyasət14:39