"Dinamo" "Qəbələ"nin avrokubokda rəqibi olur

Futbol
  • 09 iyun, 2020
  • 11:17
Dinamo Qəbələnin avrokubokda rəqibi olur

Rusiya Futbol İttifaqının (RFS) İcraiyyə Komitəsi Moskva "Dinamo"sunun gənclər komandasının ölkə çempionu olduğunu təsdiqləyib. 

"Report" qurumun rəsmi "Twitter" səhifəsinə istinadən xəbər verir ki, U-19 Liqası vaxtından əvvəl başa çatdırılıb və Moskva təmsilçisi çempion kimi tanınıb. 

RFS komandanın UEFA Gənclər Liqasında iştirak edəcəyini bildirib. 

Qeyd edək ki, Azərbaycanda "Qəbələ" klubunun U-19 komandası çempion elan edilib. "Dinamo"nun əsas komandasının Rusiya Premyer Liqasından Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə şansı az olduğu üçün 19 yaşlılar təsnifat mərhələsində Azərbaycan təmsilçisinə potensial rəqib olacaq.