"Dinamo" Mahir Emrelinin icarəyə verilməsinin səbəbini açıqlayıb
Futbol
- 13 fevral, 2023
- 13:53

Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunun Azərbaycan millisinin futbolçusu Mahir Emrelini Türkiyə "Konyaspor"una icarəyə verməsinin səbəbi bəlli olub.
"Report" Zaqreb təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Ante Çaçiç açıqlama verib.
O bildirib ki, 26 yaşlı hücumçunun oyun təcrübəsi qazanması üçün bu addım atılıb: "Emrelinin yazda mümkün qədər çox oyun keçirməsinin onun üçün daha yaxşı olacağını düşündük. Bu səbəbdən forvardın Türkiyə klubuna transferinə razılıq verdik".
Qeyd edək ki, anlaşmaya əsasən, Mahir Emreli cari mövsümün sonunadək "Konyaspor"un formasını geyinəcək. Hücumçunun "Dinamo" ilə 2026-cı ilədək müqaviləsi var.
Son xəbərlər
20:29
Britaniya səfiri Şuşadan paylaşım edib: Çox gözəldir
Xarici siyasət20:25
Sumqayıtda 13 yaşlı uşaq ölüb
Hadisə20:22
Ağcabədidə fərdi təsərrüfatda yanğın olub, xəsarət alan var
Hadisə20:03
"Qarabağ"ın U-19 komandasının UEFA Gənclər Liqasındakı oyunlarının təqvimi bəlli olub
Futbol19:51
İranın yeni səfiri: Ümid edirəm ki, iki ölkə və xalqın getdikcə yaxınlaşmasının şahidi olacağıq
Xarici siyasət19:50
Azərbaycan Premyer Liqası: "Zirə" "Kəpəz"i böyük hesabla məğlub edib
Futbol19:39
Volqoqradda bazarda baş verən yanğın nəticəsində 14 nəfər xəsarət alıb - YENİLƏNİB
Digər ölkələr19:36
KİV: Tramp ABŞ podratçılarının Ukraynaya göndərilməsini müzakirə edir
Digər ölkələr19:21
Foto