Dieqo Maradonanın psixiatrı səhlənkarlıqda günahlandırılır
Futbol
- 06 fevral, 2021
- 08:40
Dünyasını dəyişmiş argentinalı əfsanəvi futbolçu Dieqo Maradonanı müalicə edən psixiatr Aqustina Kosaçov səhlənkarlıqda günahlandırılıb.
"Report" "EFE"yə istinadən xəbər verir ki, 2020-ci il oktyabrın 20-də Maradonanın sağlamlıq vəziyyəti haqqında psixiatr tərəfindən tərtib olunan hesabat prokurorluğun diqqətini cəlb edib.
Prokurorluq Maradonanın mütəxəssisə müraciət etmədiyindən və hesabatdakı məlumatların həqiqətə uyğun olmadığından şübhələnir. Psixiatrın vəkili məlumatı təkzib edib, ancaq tibbi sənədin tarixi ilə bağlı səhv ola biləcəyini açıqlayıb.
Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də 60 yaşında vəfat edib. Onun xroniki ürək çatışmazlığından qaynaqlanan kəskin ağciyər ödəmi nəticəsində öldüyü bildirilib.
Son xəbərlər
21:32
ABŞ, Rusiya və Ukrayna arasında hərbi blok üzrə danışıqlar davam edir - YENİLƏNİB
Digər ölkələr21:20
Zelenski: Rusiyadan iki min ukraynalı uşaq geri qaytarılıb
Digər ölkələr21:06
Foto
UEFA Çempionlar Liqası: "Nyukasl" Bakıda son məşqinə çıxıb
Futbol20:53
Foto
Şahmat üzrə Azərbaycan çempionatında yarımfinal mərhələsinin ilk partiyaları keçirilib
Fərdi20:47
"Nyukasl"ın futbolçusu: "Qarabağ" qeyri-adi komandadır"
Futbol20:37
Foto
Bakı ilə Dakar arasında əlaqələrin aktivləşdirilməsi müzakirə olunub
Xarici siyasət20:35
Azərbaycan Rumıniyaya neft ixracını 7 %-ə yaxın artırıb
Energetika20:33
"Nyukasl"ın baş məşqçisi: "Qarabağ"ı yaxşı təhlil etmişik"
Futbol20:27