Deyan Stankoviç "Panatinaikos"u çalışdırmağa namizəddir
Futbol
- 20 may, 2026
- 17:41
Serbiyanın "Srvena Zvezda" klubunun baş məşqçisi Deyan Stankoviç "Panatinaikos"u (Yunanıstan) çalışdırmağa namizəddir.
"Report" "Nova Sports"a istinadən xəbər verir ki, Yunanıstan klubu üçün 47 yaşlı mütəxəssislə müqavilə imzalamaq asan olmayacaq.
Belə ki, sabiq futbolçunun Belqrad təmsilçisi ilə müqaviləsinin müddəti 2028-cü ilin yayına qədərdir.
"Panatinaikos"un siyahısında Stankoviçlə yanaşı, bu yaxınlarda Ukrayna yığmasından ayrılan Sergey Rebrovun da adı yer alıb.
Qeyd edək ki, "Panatinaikos" bu mövsüm Yunanıstan çempionatını 4-cü pillədə başa vuraraq UEFA Konfrans Liqasının təsnifat mərhələsinə vəsiqə qazanıb.
Son xəbərlər
02:39
Maurisio Poçettino: "ABŞ millisi DÇ-2026-da güclü rəqiblərə qarşı çıxış edir"
Futbol02:32
Toni Popoviç: "ABŞ ilə matçda səhvlərə görə qapımızda qollar gördük"
Futbol02:21
Türkiyə TDT üzvləri arasında rəqəmsal iqtisadiyyat üzrə tərəfdaşlıq sazişini təsdiqləyib
Region02:05
DÇ-2026: Şotlandiya - Mərakeş oyununda hesab açılıb - YENİLƏNİR
Futbol01:53
Folarin Baloqan ABŞ - Avstraliya oyununun ən yaxşısı seçilib
Futbol01:25
Foto
Bolqarıstanda Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
Xarici siyasət01:03
Foto
DÇ-2026: ABŞ pley-offa vəsiqə qazanan ilk yığma olub - YENİLƏNİB-4
Futbol00:43
XİN başçısı: Serbiya və Xorvatiya arasında açıq qalan məsələlərin siyasiləşdirilməsindən çəkinmək lazımdır
Digər ölkələr00:26