DÇ-2026-nın final mərhələsində iştirak edəcək 48 millidən 42-si dəqiqləşib
- 19 noyabr, 2025
- 09:23
2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək futbol üzrə dünya çempionatında indiyədək 42 millinin iştirakı rəsmiləşib.
"Report"un məlumatına görə, son olaraq Kurasao, Panama və Haiti mundialın final mərhələsinə vəsiqə qazanıb.
Meydan sahibləri ilə yanaşı, Yaponiya, Yeni Zelandiya, İran, Argentina, Özbəkistan, Cənubi Koreya, İordaniya, Avstraliya, Braziliya, Ekvador, Uruqvay, Kolumbiya, Paraqvay, Mərakeş, Tunis, Misir, Əlcəzair, Qana, Kabo-Verde, Cənubi Afrika, Seneqal, Fil Dişi Sahili, Qətər, Səudiyyə Ərəbistanı, İngiltərə, Fransa, Xorvatiya, Norveç, Portuqaliya, Niderland, Almaniya, İsveçrə, Şotlandiya, İspaniya, Avstriya və Belçika da turnirdə mübarizə aparacaqlar.
Qeyd edək ki, 2026-cı il iyunun 11-dən iyulun 19-dək keçiriləcək dünya çempionatına ümumilikdə 48 komanda qatılacaq.