DÇ-2022: Məhəmmədəliyev "3-lük"də, Mahmudov bombardirlər siyahısında yer alıb
Futbol
- 17 noyabr, 2021
- 05:01
2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin qrup oyunlarından sonra statistik göstəricilər açıqlanıb.
"Report"un UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, Azərbaycan yığmasının üzvü Şahruddin Məhəmmədəliyev tsikldə ən çox qol buraxan 6-cı qapıçıdır.
27 yaşlı qolkiper 8 görüş ərzində 18 dəfə məyus olub. Məhəmmədəliyev seçmə mərhələdə ən çox qurtarış edən qapıçılar siyahısında 3-cü sırada yer alıb. O, 44 dəfə komandasını qoldan xilas edib.
4 qolla tsiklda millinin bombardiri olan Emin Mahmudov bu göstəricidə 23 - 39-cu yerləri bölüşdürür.
Qrup mərhələsinin bombardirləri 12 qolla niderlandlı Memfis Depay və ingiltərəli Harri Keyndir.
Son xəbərlər
04:31
Tramp Rusiya ilə əməkdaşlıq edən ölkələrin "qara siyahı"ya salınmasını dəstəkləyib
Digər ölkələr04:22
Rubio Maduronu narkotik kartelinin lideri adlandırıb
Digər ölkələr04:00
Pentaqon dronları qlobal miqyasda təhlükə hesab edib
Digər ölkələr03:44
Sakit okeanda narkotik yüklü gəmi məhv edilib
Digər ölkələr03:05
ABŞ-nin maliyyə naziri gələn il ölkədə real gəlir artımını gözləyir
Digər ölkələr02:45
"HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb
Digər ölkələr02:29
ABŞ dron istehsalında Çini keçməyi planlaşdırır
Digər ölkələr01:40
DÇ-2026: Avropa zonası üzrə seçmə mərhələdə daha 8 oyun baş tutub
Futbol01:13