DÇ-2002-nin ilk qolunun müəllifi vəfat etdi
Futbol
- 29 noyabr, 2020
- 19:10
Seneqal milli komandasının sabiq futbolçusu Papa Buba Diop 42 yaşında vəfat edib.
"Report" xəbər verir ki, buna uzun sürən xəstəlik səbəb olub.
Keçmiş yarımmüdafiəçi Avropada Fransanın "Lans", İngiltərənin "Fulhem" və "Portsmut" kimi komandalarının formasını geyinib. O, yığmada 63 oyuna 11 qol vurub. Millidə isə Diop DÇ-2002-də 3 dəfə fərqlənib. Həmin qollardan biri açılış matçında dünya çempionu Fransa ilə qarşılaşmaya təsadüf edib - 1:0. Seneqal yığması debüt etdiyi mundialda 1/4 finaladək irəliləyib. Komandanın qarşısını əlavə vaxtda İlhan Mansızın qolu ilə Türkiyə kəsib - 0:1.
Diop habelə 4 dəfə Afrika Millətlər Kubokunda iştirak edib və bunlardan birində - 2002-ci ildə gümüş medal qazanıb.
Son xəbərlər
05:00
Paşinyan Azərbaycan və Türkiyəyə çağırış edib
Region04:50
Britaniya nüvə başlığı daşıya bilən "F-35A"ların alınmasından imtina edə bilər
Digər ölkələr04:18
Tramp: Netanyahu ABŞ-İran arasında istənilən razılaşmanı qəbul etməli olacaq
Digər ölkələr03:42
IATA-nın baş iqtisadçısı: Aviasiya Dünya Kubokunda hot-doqun qiymətindən az qazanc əldə edir
Maliyyə03:17
SIPRI: Hazırda 2200 nüvə silahı döyüşə hazır vəziyyətdədir
Digər ölkələr02:39
IATA-nın vitse-prezidenti: ABŞ dolları əsas təhlükəsiz sığınacaq statusunu itirir
Maliyyə02:06
Foto
Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri başa çatıb
Mədəniyyət siyasəti01:35
Mari Tomsen: Neftin qiymətindəki hər əlavə 10 dollar qlobal iqtisadi artımı azaldır
Maliyyə01:05