Çili millisinin baş məşqçisi istefa verib
Futbol
- 17 noyabr, 2023
- 08:43
Futbol üzrə Çili millisinin baş məşqçisi Eduardo Berisso istefa verib.
“Report”un məlumatına görə, 54 yaşlı argentinalı mütəxəssis bu barədə DÇ-2026-nın Cənubi Amerika zonası üzrə seçmə mərhələsində Paraqvay ilə heç-heçə (0:0) etdikləri oyundan sonra mətbuat konfransında bildirib.
Doğma meydanda rəqibinin müqavimətini qıra bilməyən Çili yığması 5 oyundan sonra 5 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.
Qeyd edək ki, E.Berisso 2022-ci ilin may ayının sonundan Çili millisinə rəhbərlik edirdi. Komanda onun rəhbərliyi altında keçirdiyi 16 oyunun 4-də qalib gəlib, 5-də heç-heçə edib, 7-də isə uduzub.
Son xəbərlər
18:38
Gürcüstan NATO təlimində iştirak edib
Region18:30
ABŞ Senatı Rusiya mallarına 500 %-dək rüsum tətbiqini nəzərdə tutan layihəni razılaşdırıb
Digər ölkələr18:30
Azərbaycan güləşçisi Ömər Salmanov: "Bürünc medalı əlimdən qaçıra bilməzdim"
Fərdi18:16
Foto
Güləşçi Ömər Salmanov dünya çempionatında Azərbaycana ilk medalı qazandırıb
Fərdi18:04
Azərbaycan və Serbiya XİN-ləri arasında siyasi məsləhətləşmələr olub
Digər18:04
Əməyin Mühafizəsi Mərkəzi auditor seçib
Maliyyə17:53
Yeni tədris ili üzrə qəbul müsabiqəsinin ixtisas və məktəb seçimi nəticələri elan olunub
Mədəniyyət siyasəti17:49
Foto
Şamaxıda gənclər üçün təlim, vörkşop və maarifləndirici sessiyalar təşkil olunub
Daxili siyasət17:48