Çempionlar Liqasının ilk finalçısı məlum olub
Futbol
- 07 may, 2025
- 01:48
İtaliyanın “İnter” klubu Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab matçında İspaniyanın “Barselona” klubuna əlavə vaxtda 4:3 hesabı ilə qalib gələrək finala yüksəlib.
“Report” xəbər verir ki, görüş Milanda baş tutub.
“İnter”in qollarını Lautaro Martines (21), Hakan Çalhanoğlu (45+1-p.), Françesko Açerbi (90+3) və Davide Frattezi (99) vurub.
“Barselona”nın heyətində Erik Qarsiya (54), Dani Olmo (60) və Rafinya (87) fərqlənib.
Komandalar arasında ilk görüş 3:3 hesabı ilə başa çatıb.
“İnter” finalda Fransanın PSJ və İngiltərənin “Arsenal” klubları arasında keçiriləcək görüşün qalibi ilə qarşılaşacaq.
İlk görüş Londonda baş tutub və 1:0 hesabı ilə PSJ-nin xeyrinə başa çatıb. Cavab oyunu bu gün Parisdə baş tutacaq.
Son xəbərlər
10:16
"Araz-Naxçıvan"ın futbolçusu İbrahim Piriyev əməliyyat olunub
Futbol10:08
Foto
Zakir Həsənov Selçuk Bayraktarı qəbul edib
Digər10:07
İngiltərə millisinin futbolçusu Deklan Rays komandanın məşqini buraxıb
Futbol10:01
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
Media09:44
PUA hücumları nəticəsində Rusiyada NEZ və neft məhsulları saxlanılan obyektlərdə yanğınlar olub
Region09:36
Azərbaycan neftinin qiyməti 79 dollara düşüb
Energetika09:30
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (10.07.2026)
Maliyyə09:29
Azərbaycan və Serbiya Müdafiə nazirlikləri arasında kibertəhlükəsizlik üzrə əməkdaşlıq müzakirə olunub
Hadisə09:25