Çempionlar Liqasının finalı ABŞ-da keçirilə bilər
Futbol
- 09 noyabr, 2019
- 08:19
2023/2024 mövsümündə UEFA Çempionlar Liqasının finalı ABŞ-da keçirilə bilər.
"Report"un "The Morning Consult" nəşrinə istinadən verdiyi məlumata görə, Avropa futbol qurumu bununla bağlı kommersiya tərəfdaşları ilə danışıqlara başlayıb. Okeanın o tayında prioritet məkan kimi Nyu-Cersidəki MetLife Stadium" nəzərdən keçirilir. Razılıq əldə olunsa, ən nüfuzlu klub turnirinin finalı ilk dəfə Avropa hüdudlarından kənarda təşkil ediləcək.
Qeyd edək ki, Çempionlar Liqasının hazırkı qalibi İngiltərə "Liverpul"udur. Bu mövsüm həlledici matç Türkiyənin İstanbul, 2021-ci ildə Rusiyanın Sankt-Peterburq, 2022-ci ildə Almaniyanın Münhen şəhərlərində, 2023-cü ildə isə İngiltərənin paytaxtı Londonda təşkil olunacaq.
Son xəbərlər
09:45
"Azərbaycan Sənaye Bankı" maliyyə vəziyyətini açıqlayıb
Maliyyə09:44
Ombudsman aparatının əməkdaşları ahıl şəxslərin sosial xidmət müəssisəsinə baş çəkib
Sosial müdafiə09:43
Rusiyanın Ukraynaya zərbələri nəticəsində 3 nəfər ölüb, onlarla insan xəsarət alıb
Digər ölkələr09:39
Lamin Yamal unikal rekorda imza atıb
Futbol09:37
Azərbaycan neftinin qiyməti 87 dollara yaxınlaşır
Energetika09:34
Avropa Komissiyasının rəhbəri Kiyevə gedib
Region09:30
"Azpetrol" şirkəti 29 yaşını qeyd edir
Biznes09:21
Almatıda transmilli mütəşəkkil cinayətkar qruplaşmanın üzvləri saxlanılıb
Region09:21