Çempionlar Liqası matçını ilk dəfə qadın referi idarə edəcək
Futbol
- 30 noyabr, 2020
- 17:23

UEFA Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin V turunda İtaliya "Yuventus"u ilə Ukraynanın "Dinamo" (Kiyev) klubları arasında keçiriləcək matça təyinatlar açıqlanıb.
"Report" xəbər verir ki, qarşılaşma Fransa Futbol Federasiyasından Stefani Frappara həvalə olunub. O, ÇL oyunu idarə edən ilk qadın referi kimi tarixə düşəcək.
Frappara Hişam Zakrani və Medi Ramuni kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Kərim Abed yerinə yetirəcək.
Qadın referi daha əvvəl bu ilin oktyabrında Avropa Liqasının qrup mərhələsinin "Lester" (İngiltərə) - "Zarya" (Ukrayna) görüşündə (3:0) ədaləti təmsil edib.
Qeyd edək ki, "Yuventus" - "Dinamo" matçı dekabrın 2-də oynanılacaq.
Son xəbərlər
09:08
DİN yol hərəkəti qaydalarına riayət edilməsi ilə bağlı sürücülərə müraciət edib
Hadisə09:03
Azərbaycan Basketbol Liqasında IV tura bu gün start veriləcək
Komanda09:02
Bakıda avtomobildə partlayış olub, xəsarət alan var
Hadisə09:02
KİV: ABŞ və Türkiyə ekspertləri Honkonqdakı təyyarə qəzasının araşdırılmasına kömək edəcəklər
Digər ölkələr09:01
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (23.10.2025)
Maliyyə09:01
Bakıda baş verən yanğında ölən şəxsin kimliyi məlum olub
Hadisə09:00
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (23.10.2025)
Maliyyə08:55
Cənubi Koreya Prezidenti Kim Çen İn və Tramp arasında görüş ideyasını dəstəkləyib
Digər ölkələr08:36