Çempionlar Liqası: Azərbaycanın minifutbol komandaları növbəti matçlarına çıxacaqlar
- 18 sentyabr, 2025
- 10:36

Azərbaycanın minifutbol klubları Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunan Çempionlar Liqasında növbəti oyunlarını keçirəcəklər.
"Report"un məlumatına görə, ilk olaraq "Aznur" kollektivi meydançaya çıxacaq.
Komanda qrup mərhələsinin II turunda, Bakı vaxtı ilə saat 14:00-da "Grupo Raxu Oviedo" (İspaniya) ilə üz-üzə gələcək. III turda, saat 22:00-da isə rəqib Qazaxıstan təmsilçisi "Pioneer Group Almaty" olacaq.
"Birbaşa Bakı qrup mərhələsinin III turunda, saat 16:00-da Serbiyanın "Red Start Belgrade", "Zirə" isə saat 17:00-da İsrailin "Red Meat Burger Saloon Afula" klubunu sınağa çəkəcək.
Qeyd edək ki, "Aznur" ötən gün "Hoverla Zak Praqa" (Çexiya) ilə heç-heçə edib - 1:1. "Birbaşa Bakı" Rumıniya təmsilçisi "Rımniku Vılça" üzərində qələbə qazanıb (4:1), "Portu" ilə qolsuz bərabərə qalıb. "Zirə" Macarıstanın "Budapeşt" komandasını 2:0, Slovakiya təmsilçisi "Jakmart"ı 2:1 hesabı ilə üstələyib.