"Çelsi"nin qapıçısı Səudiyyə Ərəbistanı klubuna keçib
Futbol
- 21 iyun, 2023
- 08:53
İngiltərənin "Çelsi" klubunun qapıçısı Eduard Mendi də karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
"Report" xəbər verir ki, bu barədə italiyalı insayder Fabritsio Romano özünün sosial şəbəkə hesablarında paylaşım edib.
Onun sözlərinə görə, 31 yaşlı qolkiper "Əl-Əhli" ilə anlaşıb. Seneqallı oyunçu ilə 3 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, Eduard Mendi 2020-ci ildən London təmsilçisinin uğurları üçün çalışıb. O, "zadəganlar"la Çempionlar Liqasının, UEFA Super Kubokunun və klublararası dünya çempionatının qalibi olub.
Son xəbərlər
08:54
Kaya Kallas: Avropa İttifaqı İsraillə konstruktiv münasibətlərə sadiqdir - YENİLƏNİB
Digər ölkələr08:53
ÜST Ebolanın yeni ştammına qarşı peyvəndin hazırlanmasını sürətləndirir
Sağlamlıq08:36
"Axios", Vensin İsveçrəyə səfərinin təxirə salınmasının səbəbini açıqlayıb
Digər ölkələr08:13
Bakıda 5 istiqamətdə tıxac müşahidə olunur
İnfrastruktur08:09
Qızıl və Bitkoin ucuzlaşıb
Maliyyə07:34
"FT": Avropa İttifaqı daxilində bank əməliyyatları asanlaşdırlır
Maliyyə07:08
ABŞ narkotik daşıyan gəmiyə zərbə endirib, ölənlər var
Digər ölkələr07:05
Meksika - Cənubi Koreya oyununun ən yaxşı futbolçusu bəli olub
Futbol06:58