"Çelsi"nin futbolçusuna meymun dedilər
Futbol
- 30 yanvar, 2021
- 10:23

İngiltərənin "Çelsi" klubunun futbolçusu Ris Ceyms xoşagəlməz hadisə ilə üzləşib.
"Report" xəbər verir ki, 22 yaşlı sağ cinah müdafiəçisi instaqramda irqçiliyə məruz qalıb.
Sosial şəbəkə istifadəçilərindən biri ingiltərəli oyunçunu meymunla müqayisə edib. O həmçinin futbolçunun ünvanına təhqiramiz ifadələr işlədib.
Müdafiəçi həmin yazışmaları instaqram hesabından paylaşaraq altında bu sözləri qeyd edib: "Nələrisə dəyişmək lazımdır".
Futbolçusunun müdafiəsinə qalxan "Çelsi" hər cür irqçiliyi, ayrı-seçkiliyi qınayan açıqlama yayıb. London klubu həmçinin müvafiq qurumları məsələni araşdırmağa dəvət edib.
Son xəbərlər
02:33
Qızılın qiyməti durmadan artır
Maliyyə02:16
Ağ Ev Rusiyaya qarşı sanksiyaları gücləndirən qanun layihəsini diqqətlə araşdırır
Digər ölkələr01:24
Kamçatkada 5,1 bal gücündə zəlzələ baş verib
Digər ölkələr01:12
Gürcüstan prezidenti mitinqlərin keçirilməsi qaydalarını sərtləşdirən qanunu təsdiqləyib
Region01:07
Tramp iki həftə ərzində Putinlə Budapeştdə görüşməyə ümid edir
Digər ölkələr00:33
Qubada ayı təsərrüfat sahibinə hücum edib
Hadisə00:05
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan beş il ötür
Qarabağ00:04
Video
Prezident İlham Əliyev Füzuli şəhərinin azad olunması ilə bağlı paylaşım edib
Daxili siyasət00:00